ADY-də yeni təyinatlar olub


“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib.

Şəffaflıq.az ADY-yə istinadən xəbər verir ki, Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

Nicat Quliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}