Əsas Səhifə > İnfrastruktur > ADY-də yeni təyinatlar olub
ADY-də yeni təyinatlar olub17-02-2025, 14:29 |
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib. Şəffaflıq.az ADY-yə istinadən xəbər verir ki, Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub. Nicat Quliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini bitirib. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri olub. Geri qayıt |