Peskov: ABŞ qoşunlarının Ukraynaya göndərilməsi imkanına dair bəyanata aydınlıq gətirilməsini gözləyirik
Kreml ABŞ vitse-prezidenti Cey Di Vensin ABŞ qoşunlarının Ukraynaya göndərilməsi imkanı ilə bağlı bəyanatına dair izahat gözləyir. Şəffaflıq.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "ABŞ mətbuatındakı müsahibəyə gəlincə, bunlar mövqenin yeni elementləridir. Əvvəllər belə ifadələr eşitməmişdik, səsləndirilməmişdi. Ona görə də, söhbət etdiyimiz həmin təmaslar zamanı, əlbəttə ki, əlavə izahatlar alacağımıza ümid edirik", - D.Peskov bildirib. D.Peskov ABŞ vitse-prezidentinin müsahibəsində Rusiyanın münaqişəni həll etməkdən imtina edəcəyi təqdirdə ABŞ-ın Ukraynaya ABŞ qoşunları göndərə biləcəyi barədə fikirlərini şərh edib.
Facebook-da paylaş
