Şamaxıda “N” saylı hərbi hissədə əsgər və zabitlər üçün bayram konserti keçirilib.- FOTOLAR
Şəffaflıq.az xəbər verir ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə əsgər və zabitlər qarşısında çıxış edərək Azərbaycanda sosial-iqtisadi sahədə, o cümlədən ordu quruculuğunda qazanılan böyük uğurlardan danışıb.
Vurğulanıb ki, Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusudur. Ordumuzun qarşısında duran ən vacib vəzifə işğal altındakı torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunmasıdır. Silahlı qüvvələrimiz bu vəzifəni yerinə yetirməyə hazırdır və buna qadirdir.
Sonra söz musiqiyə verilib. Respublikanın Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun rəhbərlik etdiyi “Şirvan” folklor xalq kollektivinin, aşıq Rza Məmmədovun, aşıq İxtiyar Qocayevin, saz ifaçısı Elməddin Qocayevin, müğənni Elim Ömərovun və digər sənətçilərin çıxışları böyük maraqla qarşılanıb.AZƏRTAC
Facebook-da paylaş