Azərbaycan və Monqolustan səfər mübadiləsini və qarşılıqlı əməkdaşlığı aktivləşdirməklə bağlı razılığa gəlib


Bu gün Ulan-Batorda Monqolustan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məşvərət görüşü keçirilib.

Şəffaflıq.az Monqolustan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclasa Monqolustan XİN-in dövlət katibi Munxtuşiq Lxanaacav və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov sədrlik ediblər.

Görüş zamanı tərəflər Monqolustan və Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, mədəniyyət və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, tərəflər regional və çoxtərəfli əməkdaşlıq məsələlərini, eləcə də 2025-ci il ərzində yüksək səviyyəli səfər, görüş və proqram mübadiləsinin təşkilini müzakirə ediblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}