Deputat: Regionlarda qeyri-hökumət təşkilatlarının sayında ciddi azalma müşahidə olunur


Regionlarda qeyri-hökumət təşkilatlarının sayında ciddi azalma müşahidə olunur.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, əvvəllər Gəncə şəhərində 50-yə yaxın qeyri-hökumət təşkilatı var idisə, indi bu say 3-5-dən yuxarı deyil:

“Hesab edirəm ki, gənclərin mənzil problemi də həll edilməmiş qalır. Gənclərin güzəştli ipotekadan yararlanması üçün müvafiq qanunvericiliyə dəyişiklik lazımdır”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}