AZAL eksklüziv satış agentini mülkiyyətinə keçirib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) eksklüziv satış agenti olan "Silk Row Travel" MMC-ni mülkiyyətinə keçirib. Şəffaflıq.az bu barədə aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir. Adı çəkilən şirkət "Silk Way Holding" MMC-yə daxil idi. Hesabata əsasən, ötən il mayın 1-də AZAL simvolik məbləğ - 50 manat ödəməklə xalis öhdəliyi 7 703 manat (audit edilməmiş) olan "Silk Rovv Travel"i törəmə müəssisə kimi əldə edib.
Xəbəri paylaş
Facebook-da paylaş