Magistraturaya sənəd qəbulu başa çatıb, 22 minə yaxın bakalavr ərizəsini təsdiqləyib
Magistraturaya sənəd qəbulu başa çatıb. Şəffaflıq.az xəbər verir ki, yanvarın 13-dən başlayan sənəd qəbulu prosesində 21 min 924 bakalavr ərizəsini təsdiq edib. Onlardan 20 min 57-si Azərbaycan bölməsi, 1 867-si isə rus bölməsi üzrə olan şəxslərdir. Qeyd edək ki, imtahan fevralın 16-da keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.
Xəbəri paylaş
Facebook-da paylaş