Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək


Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.

Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərini müzakirə edir və bu barədə Milli Məclisə rəy hazırlayır.

Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}