Azərbaycan XİN Gürcüstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər çəkən ailələrə və dost Gürcüstana başsağlığı veririk. Bu itkiyə dözmək üçün səbr diləyirik", - məlumatda qeyd olunub.
Xəbəri paylaş
Facebook-da paylaş