"Liverpul"la oyunda huşunu itirən futbolçu xəstəxanadan məlumat paylaşıb
İngiltərə Liqa Kubokunun yarımfinalında “Liverpul”a qarşı oyun zamanı huşunu itirən "Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sosial şəbəkələrdə səhhəti barədə məlumat paylaşıb. Şəffaflıq.az xəbər verir ki, o xəstəxanadan foto paylaşaraq səhhətinin yaxşı oluğunu bildirib. Futbolçu dəstək mesajlarına görə təşəkkürünü bildirib və komandasını qələbə münasibətilə təbrik edib. Qeyd edək ki, yanvarın 8-də keçirilən görüşdə huşunu itirən futbolçu xəstəxanaya yerləşdirilib. Qarşılaşma “Tottenhem”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xəbəri paylaş
Facebook-da paylaş