Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.
Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin "Sinxua" agentliyi məlumat yayıb. Təbii fəlakət nəticəsində 188 nəfər xəsarət alıb. Qeyd edək ki, bundan əvvəl 95 nəfərin öldüyü bildirilirdi. Zəlzələ nəticəsində 3 609 ev dağılıb. Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Vilayətinin Tinqri dairəsində 6,8 bal gücündə zəlzələ baş verib.
Xəbəri paylaş
Facebook-da paylaş