Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-ə çağırılıb


Rusiya səfirliyi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini açıqladıqdan sonra rusiyalı diplomat Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova XİN-in mətbuat katibi Tatyana Barak teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırdıqdan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}