ABŞ Prezidenti Cozef Bayden 2024-cü ilin dekabrında İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə edib.
ABŞ Prezidenti Cozef Bayden 2024-cü ilin dekabrında İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə edib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib. Onların məlumatına görə, müvafiq təklif 2024-cü ilin dekabrında keçirilən görüşdə ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan tərəfindən irəli sürülüb. Onun fikrincə, əgər Tehran ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin keçiriləcəyi vaxt - yanvarın 20-dən əvvəl nüvə silahı əldə etməyə yaxınlaşsa, İranın nüvə obyektlərinə zərbə endirmək mümkün olardı. “Axios” qeyd edib ki, Bayden həmin iclasda zərbəni təsdiqləməyib və bunu bu günə qədər də etməyib. Portalın mənbələri vurğulayıblar ki, zərbə ehtimalının müzakirəsi yeni kəşfiyyat məlumatlarının ortaya çıxması ilə bağlı olmayıb və Baydenin qərarını nəzərdə tutmayıb. Bir mənbə vurğulayıb ki, hazırda Ağ Evdə belə müzakirələr aparılmır.
Facebook-da paylaş