İtaliya Superkubokunun yarımfinal matçında "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.


İtaliya Superkubokunun yarımfinal matçında "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.

 Şəffaflıq.az-ın məlumatına görə, hər iki qolu Denzel Dumfris (49 və 61-ci dəqiqələrdə) vurub.

“İnter” İtaliya Superkubokunda ölkənin hazırkı çempionu kimi iştirak edir. “Atalanta” İtaliya Kubokunun finalçısıdır. İkinci yarımfinalda İtaliya Kubokunun qalibi “Yuventus” yanvarın 3-də ölkənin vitse-çempionu “Milan”la qarşılaşacaq. Final yanvarın 6-da baş tutacaq.

İtaliyanın son üç Superkubokunu "İnter" qazanıb, komandanın ümumilikdə səkkiz titulu var. Bu göstərici üzrə rekordçu 9 dəfə kuboku qazanan "Yuventus"dur. “Milan” yeddi dəfə qalib olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}