Avtomobillərin arxa şüşəsinə şüarların vurulması düzgündürmü?


Son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.

Bunu Milli.Az-a nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, bununla bağlı kankret olaraq qanunvericilikdə nəzərdə tutulmayıb ki, avtomobilin arxasında alın şüşəsində yazı yazılarsa problem yaranacaq onun da cəriməsi var amma belə bir hal müşahidə edilmir.

Bəzən sürücülər isə reklam xarakterli məlumatlar yazırlar. Bu zaman reklam agentliyi ilə danışmaq yaxud polis ilə danışıb icazə almaq lazımdır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Mübariz Ağayev bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi sürücülər yenə də bu kimi nöqsanlara yol verir. Avtomobillərə yapışdırılan və ya yazılan müxtəlif məzmunlu sualların digər hərəkət iştirakçılarına emosional təsirinin yol hərəkət təhlükəsizliyi baxımından yolverilməz olduğunu bildirib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}