Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 176-ya çatıb, üç nəfər itkin düşüb
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqlənib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, üç nəfər itkin düşmüş hesab olunur. Məlumata görə, “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsində 10 yaşadək azı beş uşaq olub. Ümumilikdə, təyyarədə 175 sərnişin olub.
Xəbəri paylaş
Facebook-da paylaş