KİV: Suriya Əsədi dəstəklədiyi üçün İrandan 300 milyard dollar təzminat tələb edəcək
Suriyanın yeni hökuməti beynəlxalq məhkəmələrə şikayət edərək İrandan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəklədiyinə görə 300 milyard dollar təzminat tələb etməyi planlaşdırır. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə “Al Modon” mənbəyə istinadən xəbər verib. “Yeni administrasiya İranın suriyalılara və Suriya infrastrukturuna qarşı siyasətlərinə görə 300 milyard dollar təzminat ödəməsi tələbini özündə əks etdirən memorandumun üzərində işləyir”, - məlumatda qeyd olunub. Suriya hakimiyyəti bildirib ki, rəsmi Tehran suriyalılara qarşı cinayət törətməklə yanaşı müxalif qüvvələrə qarşı qərəzli olub, Əsədlə iş görməyə üstünlük verib. Həmçinin qeyd edilib ki, hazırda Suriya ilə İran arasında heç bir diplomatik təmas yoxdur.
Facebook-da paylaş