Bu il Bakıda 47 mindən çox şagirdin yerdəyişməsi aparılıb
Bu il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 170 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə idarə məlumat yayıb. Qeyd olunub ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
Xəbəri paylaş
Facebook-da paylaş