Naxçıvan muzeylərindən eksponatlar Bakıya gətirilib, sərgidə nümayiş olunur
Naxçıvan Muxtar Respublikasının müxtəlif muzeylərindən eksponatlar Bakıya gətirilib. "Report"un məlumatına görə, bunu muxtar respublikanın mədəniyyət naziri vəzifəsini icra edən, nazir müavini Həsən Seyidov "Naxçıvan-100” xalçasının təqdimat mərasimi çərçivəsində keçirilən sərgiyə baxış zamanı deyib. O, eksponatların üç əsrə yaxın tarixi olduğunu söyləyib: "Burada müxtəlif əsrlərdə toxunan əl işləri var. Sərgidə xalçalarla yanaşı, qızıl-zinət əşyalarını da görmək mümkündür". Qeyd edək ki, tədbirlər Naxçıvan Muxtar Respublikasının yüz illik yubileyi münasibətilə keçirilir.
Xəbəri paylaş
Facebook-da paylaş