Əsas Səhifə > SİYASƏT > Naxçıvan muzeylərindən eksponatlar Bakıya gətirilib, sərgidə nümayiş olunur
Naxçıvan muzeylərindən eksponatlar Bakıya gətirilib, sərgidə nümayiş olunur24-12-2024, 12:42 |
Naxçıvan Muxtar Respublikasının müxtəlif muzeylərindən eksponatlar Bakıya gətirilib. "Report"un məlumatına görə, bunu muxtar respublikanın mədəniyyət naziri vəzifəsini icra edən, nazir müavini Həsən Seyidov "Naxçıvan-100” xalçasının təqdimat mərasimi çərçivəsində keçirilən sərgiyə baxış zamanı deyib. O, eksponatların üç əsrə yaxın tarixi olduğunu söyləyib: "Burada müxtəlif əsrlərdə toxunan əl işləri var. Sərgidə xalçalarla yanaşı, qızıl-zinət əşyalarını da görmək mümkündür". Qeyd edək ki, tədbirlər Naxçıvan Muxtar Respublikasının yüz illik yubileyi münasibətilə keçirilir. Geri qayıt |