Azərbaycanın dövlət büdcəsində 3 milyard manatdan çox profisit yaranıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 34 milyard 56,2 milyon manat, xərcləri isə 31 milyard 38,1 milyon manat təşkil edib.

Şəffaflıq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,9 % və 6,5 % çoxdur.

Son nəticədə 11 ayda büdcədə ümumi daxili məhsulun 3,3 %-i qədər - 3 milyard 18,1 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}