Almaniyada dörd nəfər meymunçiçəyi virusunun yeni ştamına yoluxub


Almaniyanın Şimali Reyn-Vestfaliya federal ərazisində bir ailənin dörd üzvü, o cümlədən iki uşaq meymunçiçəyi virusunun yeni ştamına yoluxub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə WDR telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

"Həftəsonu Reyniş-Bergiş rayonunda (Şimali Reyn-Vestfaliyada) meymunçiçəyi virusunun yeni ştamına yoluxmanın ilk halı qeydə alınıb. Ailə üzvlərindən biri virusun yeni variantına Afrikaya səfəri zamanı yoluxub", - telekanal bildirib.

Qeyd olunub ki, o, ailəsinin üç üzvünü virusa yoluxdurub. Onlardan ikisi uşaqdır. Məlumata görə, onların hələlik karantində qalmasına ehtiyac yoxdur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}