Əsas Səhifə > SAĞLAMLIQ > Almaniyada dörd nəfər meymunçiçəyi virusunun yeni ştamına yoluxub
Almaniyada dörd nəfər meymunçiçəyi virusunun yeni ştamına yoluxub16-12-2024, 18:15 |
Almaniyanın Şimali Reyn-Vestfaliya federal ərazisində bir ailənin dörd üzvü, o cümlədən iki uşaq meymunçiçəyi virusunun yeni ştamına yoluxub. Şəffaflıq.az xəbər verir ki, bu barədə WDR telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb. "Həftəsonu Reyniş-Bergiş rayonunda (Şimali Reyn-Vestfaliyada) meymunçiçəyi virusunun yeni ştamına yoluxmanın ilk halı qeydə alınıb. Ailə üzvlərindən biri virusun yeni variantına Afrikaya səfəri zamanı yoluxub", - telekanal bildirib. Qeyd olunub ki, o, ailəsinin üç üzvünü virusa yoluxdurub. Onlardan ikisi uşaqdır. Məlumata görə, onların hələlik karantində qalmasına ehtiyac yoxdur. Geri qayıt |