Almaniyada bazar şübhəli çamadana görə mühasirəyə alınıb
Almaniyanın qərbində yerləşən Kölndə polis (Şimali Reyn-Vestfaliya) Milad bazarının ərazisini şübhəli çamadana görə mühasirəyə alıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Bild" qəzeti yazıb. "Biz böyük ərazini mühasirəyə almışıq və indi federal ərazinin Kriminal Polis İdarəsindən partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə eksperti gözləyirik", - hüquq-mühafizə orqanının rəsmisi “Bild”ə bildirib. Yarmarkanın yerli vaxtla saat 22:00-da bağlanması nəzərdə tutulsa da, mövcud vəziyyətə görə bir qədər tez bağlanıb. Alıcı və satıcılardan bazar ərazisini tərk etmələri tələb olunub. Nəşr hələlik əlavə təfərrüatları açıqlamayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
