Yevlaxda qurumuş 30 hektar sahədə yeni meşə salınır
Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş 30 hektar ərazisində meşəbərpa tədbirləri keçirilib, 4 700 ədəd Şərq çinarı və qara şam ağacı əkilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 30 hektar sahəni əhatə edən ərazinin artıq 27 hektarında meşə əkini işləri yekunlaşıb. Növbəti günlərdə qalan ərazidə də Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları meşəbərpa tədbirlərini davam etdirəcək. Daha sonra iqlim dəyişmələrinin meşə bitkilərinə təsirinin araşdırılması məqsədilə Meşələrin İnkişafı Xidməti ilə Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzi arasında bu il imzalanmış meşə təsərrüfatının təkmilləşdirilməsi çərçivəsində elmi-praktik əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Kür-Araz ovalığında və Samur çayının Azərbaycan və Rusiya hövzələri ətrafındakı meşələrdə aparılan elmi-tədqiqat işləri ətrafında müzakirələr aparılıb. İştirakçılar oduncağın əvəzedicisi olan tullantılardan hazırlanmış pelet xammalının istehsalı prosesinə baxış keçirib. Alternativ yanacaq növü olan pelet xammalının hazırlanması və sobalarda yanma prosesi nümayiş etdirilib. Şəffaflıq.az
Yekunda Kür çayının hövzəsinə 32 min ədəd balıq körpəsi buraxılaraq onların təbii artımına və bərpasına dəstək göstərilib.
Facebook-da paylaş