"Şamaxı"nın baş meneceri: "Komandada heç bir problem yoxdur"


Yalnız onu deyə bilərəm ki, hazırda komandada heç bir problem yoxdur.

Bunu açıqlamasında “Şamaxı” klubunun baş meneceri Kamran İsmayılov bildirib.

O, artıq klubla yolları ayrılan Adil Nağıyevlə Giorgi Kantariyanın komandada intizamla bağlı problemlərin olması barədə açıqlamalarına münasibət bildirib:

“Hər iki futbolçu artıq klubdan ayrılıb. Hələ ki, səbəb barədə açıqlama verilmir. Yəqin ki, bunu anlayışla qəbul edərsiniz. Hər halda, müəyyən səbəblər var. Futbolçuların açıqlamalarına isə şərh vermək istəmirəm”.

Baş menecer hazırda heç bir problem olmadığını söyləyib:

“Komandada heç nə baş vermir. Təəssüf ki, dünən “Turan Tovuz”a məğlub olduq. Əlbəttə, nəticə ilə bağlı üzülürük. Amma komanda meydanda döyüşdü, xarakter göstərdi və yoluna davam edir. Söhbət artıq heyətdə olmayan futbolçulardan getdiyi üçün bununla bağlı açıqlama vermək istəmirik. Yalnız onu deyə bilərəm ki, hazırda komandada heç bir problem yoxdur”.

Qeyd edək ki, müdafiəçi A.Nağıyevlə yarımmüdafiəçi G.Kantariyanın “Şamaxı” ilə müqavilələrinə qarşılıqlı şəkildə xitam verilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}