Alkoqollu içkilərin aşağı qiymətə satılmasına görə yeni cərimənin tətbiqi ilk oxunuşda təsdiqlənib


Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşir.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Yeni maddəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə ediləcək.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}