Bərdədə beş məktəbin istilik təminatında yaranan problem aradan qaldırılıb


Bərdə şəhər 1, 2, 3, 6 nömrəli və Zümürxan kənd tam orta məktəbin istilik təminatında yaranan problem aradan qaldırılıb.

Qeyd olunub ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir:

"Bu baxımdan payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib.

Hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.

Yuxarıda adları sadalanan məktəblərdə sənədləşmə işlərindəki problemlə əlaqədar istilik təminatında fasilə yaranmışdı. Hazırda problem aradan qaldırılıb və təhsil ocaqlarına istilik verilib”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}