Britaniya parlamentariləri evtanaziyanı qanuniləşdirən layihəni dəstəkləyiblər


Böyük Britaniya deputatları evtanaziyanın qanuniləşdirilməsini nəzərdə tutan layihəni ikinci oxunuşda təsdiqləyiblər.

Şəffaflıq.az-ın məlumatına görə, Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasında 330 xalq nümayəndəsi qanun layihəsinin lehinə, 275-i isə əleyhinə çıxıb.

İndi qanun layihəsi baxılmaq üçün parlament komitələrinə göndəriləcək və bu proses iki ilə qədər çəkə bilər.

Evtanaziyanın leqallaşdırılması məsələsi sonuncu dəfə 2015-ci ildə İcmalar Palatasında səsverməyə çıxarılsa da, 331 deputat qanun layihəsinin əleyhinə çıxıb.

Qanun layihəsinin tərəfdarları hesab edirlər ki, bu, ağır xəstələrin əziyyətini yüngülləşdirməyə kömək etmək məqsədi daşıyır.

Onlar göstərirlər ki, prosedur ciddi şəkildə iki həkimin tövsiyəsi ilə və məhkəmənin qərarı olduqda, həmçinin yalnız altı aydan az ömrü olan şəxslər üçün həyata keçiriləcək.

Qanun layihəsinin əleyhdarları maddi səbəblərdən zəif insanların ölümə məcbur edilməsi riskini qeyd edirlər. Bundan əlavə, bir sıra qanunvericilər dini inanclarına görə bunun əleyhinə səs veriblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}