Milli Məclisin növbəti plenar iclası dekabrın 3-4-də keçiriləcək
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 3-ü və 4-də keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin noyabrın 29-da keçirilən plenar iclasının sonunda məlumat verib. Sədr bildirib ki, toplantının gündəliyi barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, iclasın əsas müzakirə mövzusu Azərbaycanın "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi olacaq.
Xəbəri paylaş
Facebook-da paylaş