Bakının bir sıra yollarında tıxac var – SİYAHI
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. Zərifə Əliyeva küçəsində; 5. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş