Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda səfərdədir.


Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda səfərdədir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin

mətbuat xidməti (Aqorda) bildirib.

“Budapeşt hava limanında dövlət başçısını Macarıstanın Baş naziri Viktor Orban qarşılayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Bildirilib ki, Qazaxıstan lideri Prezident Tamaş Şuyok və hökumət başçısı Viktor Orbanla danışıqlar aparacaq.

“Danışıqlarda ölkələr arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq”, – məlumatda vurğulanıb.

Mətbuat xidməti Qazaxıstan Prezidentinin həmçinin Macarıstan biznes kapitanları ilə görüşməyi planlaşdırır.

Macarıstan Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç siyasətçilərin rəsmi danışıqlardan öncə Puşkaş Arenadan Macarıstan – Almaniya futbol matçını izləyəcəklərini

qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}