Azərbaycan və Şimali Makedoniya prezidentləri bir-birilərini qarşılıqlı səfərə dəvət ediblər
Azərbaycan və Şimali Makedoniyanın prezidentləri İlham Əliyev və Qordana Silyanovska-Davkova bir-birilərini qarşılıqlı səfərə dəvət ediblər. Şəffaflıq.az-ın məlumatına görə, prezidentlər arasında görüş Bakıda baş tutub. Şimali Makedoniya Prezidenti Bakıda bu günlərdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edib. Məlumata görə, dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.
Xəbəri paylaş
Facebook-da paylaş