Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri COP29-da çıxış edəcəklər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir sıra üzvləri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxış edəcəklər.

Şəffaflıq.az xəbər verir ki, çıxışçılar sırasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən olan Monteneqro Prezidenti Yakov Milatoviç, Latviyanın keçmiş prezidenti Vaira Vire Freiberqa, Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Açim Steiner, Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus, COP26-nın prezidenti Ser Alok Şarma, Corctaun Universitetinin təmsilçisi Melani Verveyer var.

Qeyd edək ki, Monteneqro Prezidenti Yakov Milatoviç bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzini ziyarət edib. Mərkəzdə ona “Qələmin sehri: Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş miniatürlər” adlı xüsusi nəşr təqdim edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}