İsveçli alimlər xərçənglə mübarizə üçün yeni anticisim yaradıblar


İsveçin Uppsala Universiteti və Kral Texnologiya İnstitutunun alimləri xərçəng şişinə qarşı T-hüceyrələrin təsirini gücləndirən yeni anticisim yaradıblar.

Şəffaflıq.az xəbər verir ki, araşdırmanın nəticələri

“Nature Communications” (NatCom) jurnalında dərc edilib.

Alimlər eyni zamanda dərmanın çatdırılması və immun sisteminin aktivləşdirilməsi məqsədi güdən “üçü bir yerdə konstruksiyası”ndan ibarət misilsiz anticisim növü hazırlayıblar. Bu innovativ inkişaf fərdiləşdirilmiş xərçəng immunoterapiyasına yönəlib.

Preparat immun sistemini yalnız xərçəng hüceyrələrində rast gəlinən spesifik mutasiyalar olan neoantigenləri axtarıb məhv etməyə yönəldir. Yeni anticisim növü şişə yönəlmiş materialı birbaşa müəyyən immun hüceyrələrinə çatdırır və eyni zamanda onları stimullaşdırır. Bu, tədqiqatda qeyd olunduğu kimi, xərçəngə qarşı T-hüceyrələrin reaksiyasını önəmli dərəcədə gücləndirir.

İlkin təcrübələr üsulun səmərəliyini təsdiqləyib: o, insan qan nümunələrində lazımi immun hüceyrələri aktivləşdirir və heyvanlar üzərində aparılan tədqiqatlarda müsbət nəticələr göstərir. Aşağı dozada preparat alan siçanların ömrü uzanıb. Daha çox anticisim yeridilməsi heyvanları xərçəngdən sağaldıb.

Qeyd olunub ki, bu metod əvvəllər öyrənilmiş müalicə üsulları ilə müqayisədə daha təhlükəsiz olub.

Preparat iki hissədən ibarətdir: öncədən böyük miqdarda istehsal edilə bilən hədəfli bispesifik anticisim və konkret xərçəng növü üçün tez və kiçik miqyasda sintez edilən xüsusi peptid hissəsi. Bu cür kombinasiya istehsal xərclərini azaldır və terapiyanın adaptasiyasını sürətləndirir, xəstələr üçün diaqnozdan müalicəyə daha sürətli keçidi təmin edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}