ADPU-nun Şamaxı filialında 8 Noyabr Zəfər gününə həsr olunmuş “Zəfərin Sədası” adlı tədbir keçirildi-FOTO
ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrası və Tələbə Elmi Cəmiyyətininin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər gününə həsr olunmuş “Zəfərin Sədası” adlı tədbir keçirildi. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Sosial və xüsusi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Vətən müharibəsi xarici KİV-də” adlı məruzə ilə çıxış etdi. O, məruzəsində bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kurusunu davam etdirən İlham Əliyev də Prezident seçildikdən sonra Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmdə xüsusi nüfuza malik olmasında, Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin inikişafında, xüsusilə də Azərbaycanlıların soyqırımı və faciələrilə bağlı əməli və praktik addımlar atmışdır. Müstəqil Azərbaycan Prezidenti kimi İlham Əliyev bütün xarici səfərlərində, yerli və beynəlxalq çıxışlarında, ikitərəfli və çoxtərəfli danışıqlarda “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır”, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik” şüarlarının səsləndirək həm haqq səsimizi bütün dünyaya bəyan etdi, həm də siyasətçi-Ali Baş komandan kimi Azərbaycanın ərazi bütövlüyünü Prezidentliyi dövründə nail oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması, torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoyub. 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti və sılahlı qüvvələrin Ali Baş komandanı İlham Əliyevin 11 ölkənin 26 KİV-nə müsahibələr vermişdir. Xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS , Ria Novosti agentliyi üçün, “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Ardınca Məktəbə qədər təhsil ixtisasının I tədris ili tələbəsi Mustafayeva Nurilə “ Möhtəşəm Zəfər”, Tarix müəllimliyi ixtisasının I tədris ili tələbəsi Əliyeva Nailə “Zəfər Tarixi” , İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Əfəndiyeva Təbrizə “Qarabağ Azərbaycandır!” mövzusunda çıxış etdilər. Sonda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi Həsənli Fəridənin ifasında “Vətənim” şeiri və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi Gülməmmədov Əlinin ifasında “Tarixi Zəfər!” şeiri səsləndirildi.
Facebook-da paylaş