Bu gündən COP29 iştirakçıları üçün metrodan, noyabrın 9-dan isə avtobusdan və dəmir yolundan istifadə pulsuzdur


9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.

Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq. Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir", - məlumatda deyilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}