Ötən ay 28 aptekdə yoxlama aparılıb, ikisində nöqsan aşkarlanıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparıb. Qeyd olunub ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Məlumatda bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş