Sahibkarlığın İnkişafı Fondu verdiyi kreditlərin ümumi məbləğini açıqlayıb
Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 50 mindən çox müraciət əsasında 3,2 milyard manat güzəştli kredit verib. Şəffaflıq.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib. "Hazırda Fondun 40 müvəkkil kredit təşkilatı var. Növbəti illərdə daha çox güzəştli kreditin verilməsi, eyni zamanda kreditlərin daha effektiv, daha sürətli çatdırılması, bu prosesin daha çox kredit, o cümlədən mikromaliyyə təşkilatını əhatə etməsi üçün bir sıra təkmilləşdirmələr həyata keçirilib", - deyə o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş