Azərbaycan 2025-ci ildə Beynəlxalq Könüllülər Mərkəzinə ev sahibliyi edəcək


Beynəlxalq Könüllülər Mərkəzinə ev sahibliyi 2025-ci ildə Azərbaycana keçəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sözügedən mərkəz Mərkəzi Asiya ölkələrini, Türkiyə və Azərbaycanı əhatə edir: "Bu il ev sahibi Qazaxıstan idi. Bu mərkəz könüllülər hərəkatının beynəlxalq əlaqələrini gücləndirir".

Y.Vəliyev, həmçinin könüllülərin Qarabağdakı fəaliyyətindən danışıb. O söyləyib ki, könüllülər Qarabağdakı bütün tədbirlərdə fəal iştirak edirlər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}