Əsas Səhifə > SİYASƏT > Azərbaycan 2025-ci ildə Beynəlxalq Könüllülər Mərkəzinə ev sahibliyi edəcək
Azərbaycan 2025-ci ildə Beynəlxalq Könüllülər Mərkəzinə ev sahibliyi edəcək21-10-2024, 14:13 |
Beynəlxalq Könüllülər Mərkəzinə ev sahibliyi 2025-ci ildə Azərbaycana keçəcək. "Report" xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sözügedən mərkəz Mərkəzi Asiya ölkələrini, Türkiyə və Azərbaycanı əhatə edir: "Bu il ev sahibi Qazaxıstan idi. Bu mərkəz könüllülər hərəkatının beynəlxalq əlaqələrini gücləndirir". Y.Vəliyev, həmçinin könüllülərin Qarabağdakı fəaliyyətindən danışıb. O söyləyib ki, könüllülər Qarabağdakı bütün tədbirlərdə fəal iştirak edirlər. Geri qayıt |