Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır
Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzkairə aparılır. Qeyd edilib ki, bələdiyyələrin sayının azalılması üçün iki qanun layihəsi hazırlanıb: 1. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Xəbəri paylaş
Facebook-da paylaş