Əsas Səhifə > SİYASƏT > Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır

Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır


11-10-2024, 12:05


Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzkairə aparılır.

Qeyd edilib ki, bələdiyyələrin sayının azalılması üçün iki qanun layihəsi hazırlanıb:

1. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


Geri qayıt