Xüsusi ayrılan zolaqlardan çıxan avtobus sürücüləri cərimələnməlidir – RƏY


Son vaxtlar paytaxt küçələrində tıxacların qarşısının alınması istiqamətində avtobusların hərəkəti üçün zolaqların ayrılması ictimai nəqliyyatın hərəkətini yüngülləşdirsə də, minik avtomobillərinin sürücüləri digər bir problemin yarandığını bildirirlər.

Belə ki, avtobus sürücüləri onlar üçün xüsusi ayrılmış xətlər olduğu halda, digər xətlərə daxil olurlar ki, bu da digər sürücülərdə narazılıq yaradır. Qeyd olunur ki, bir çox şəhərlərdə xüsusi ayrılan xətlər olduğu halda avtobus sürücülərinə bu xətləri tərk etmək qadağan edilir.

"Şəxsi avtomobillərə ictimai nəqliyyat üçün ayrılmış zolaqlarda hərəkətinə qadağa qoyulduğu kimi, ictimai nəqliyyat vasitələrinə də digər avtomobillərin hərəkətinə mane olunmasına qadağa qoyulmalıdır. Avtobus sürücülərinə inzibati tənbeh tədbirləri görülmədiyinə görə onlar yollarda xaotik hərəkətlər edir və ümumi hərəkət dinamikasını pozur. Bu baxımdan ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə də hərəkət zamanı yaradılan süni sıxlığıa görə cərimələrin tətbiq olunmasının zəruri hesab edirəm", - A.Badamov qeyd edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}