Sabahdan Türkiyə Livandan vətəndaşlarını təxliyə edəcək
Sabahdan Türkiyə Livandan vətəndaşlarını təxliyə edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu məqsədlə iki gəmi bu gün Beyruta yola düşəcək. Gəmilər iki min yerlikdir. Vurğulanıb ki, lazım gələrsə, təxliyə qarşıdakı günlərdə də davam edə bilər. Məlumata görə, Türkiyə Livana həm də humanitar yardımlar göndərir.
Xəbəri paylaş
Facebook-da paylaş