İsrail ordusu: Ölkənin şimalında iki əsgər ölüb, onlarla yaralı var
İsrailin şimalında pilotsuz təyyarənin hücumu nəticəsində ölkənin Müdafiə Ordusunun iki əsgəri ölüb, daha 24-ü yaralanıb. "Report"un məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Holan yüksəkliklərinin şimal hissəsindəki ordu bazasında xidmət edən “Holani” briqadasının 13-cü batalyonunun rabitəçiləri İraqdan buraxılan iki pilotsuz uçuş aparatının hücumu zamanı həlak olublar. Qeyd edilir ki, Yaxın Şərqdəki münaqişənin yeni mərhələsi zamanı İsrail ordusunun ölən hərbçilərinin ümumi sayı artıq 726 nəfərə çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş