Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi təklif edilib
Milli Məclisdə Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi təklif edilib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə deputat Nizami Səfərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında məlumat verib. O, komitə üzvlərinə gündəliyə daxil olan məsələ - “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir. Deputat bildirib ki, dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Facebook-da paylaş