Suriyada yaşayış binasına aviazərbə nəticəsində 3 nəfər ölüb
Suriya Müdafiə Nazirliyi İsrail hərbçilərinin paytaxt Dəməşqin Mezza məhəlləsində yerləşən yaşayış binasına havadan zərbə endirməsi ilə bağlı məlumatı təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda deyilir. “Bu gün təxminən saat 17:25-də (Bakı vaxtı ilə saat 18:25-də - red.) İsrail işğal altındakı Qolan təpələrindən Dəməşqin Mezza rayonundakı yaşayış binalarından birinə hava hücumu həyata keçirib. Raket atəşi nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər isə yaralanıb”, - Müdafiə Nazirliyindən qeyd edilib.
Xəbəri paylaş
Facebook-da paylaş