İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib. Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib. "İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib. Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq: "Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".
Xəbəri paylaş
Facebook-da paylaş